"Kəpəz"ə yeni baş məşqçi təyin olunub.
Klubun mətbuat xidməti ilk dəfə Sportinfo.az-ın yaydığı məlumatı təsdiqləyib.
"Sarı-göylər" Azər Bağırova tapşırılıb. 44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.