AZ

Ayşe Barımla bağlı qərar verildi

Aylardır həbsdə olan türkiyəli tanınmış menecer Ayşe Barım sərbəst buraxılıb.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı bu gün baş tutan məhkəmədə qərar qəbul edilib.

Belə ki, yanvarın 28-də “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə həbs edilən menecer bu gün ikinci dəfə hakim qarşısına çıxarılıb.

Məhkəmədə Bergüzar Korel, Halit Ergenç, Nejat İşler, Selma Ergec, Mehmet Günsür, Rıza Kocaoğlu, Şükran Ovalı, Zafer Algöz kimi məşhurlar şahid qismində iştirak ediblər.

A.Barım ifadəsi zamanı “Bir vətəndaş olaraq ölkəmə qarşı borcumu yerinə yetirmişəm. Həyatımda nə cinayət törətmişəm, nə də istintaqa cəlb olunmuşam”, – deyərək ittihamları rədd edib.

248 gündür həbsdə olan Barım ev dustaqlığı və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi.

Seçilən
15
3
konkret.az

7Mənbələr