AZ

Mərkəzi Bank İran rialının məzənnəsini açıqlamayacaq

Mərkəzi

Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya AMB-dən məlumat verilib.

Bildirilib ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 1 oktyabr 2025-ci ildən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.

Qeyd edilib ki, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.
Seçilən
8
19
reyting.az

10Mənbələr