AZ

Sabiq prokurora yeni vəzifə verildi - YENİLƏNİB

17:14

İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Gundem.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasova müşavir təyin edilib.

Gundem.az xəbər verir ki, bu vəzifəyə Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranski gətirilib.

Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Seçilən
29
gundem.az

1Mənbələr