Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Ceyhun Kərəmov ötən gün işdən çıxarılıb.
Onun yerinə hələ təyinat olmadığı bildirilir.
Xatırladaq ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta