AZ

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dək davam edəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

ebc1a6e87c0d34a36052db70d12e61dc

18dda92315cb7c8aae68ba03f20e82a8

Seçilən
29
10
poliqon.az

10Mənbələr