AZ

Türk Hava Yolları Yerevana müntəzəm uçuşlar edəcək

Türk Hava Yolları Yerevana müntəzəm təyyarə reysləri həyata keçirəcək.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

TRT-nin məlumatına görə, bu qərar mövcud imkanlar və bazar şərtləri əsasında qəbul edilib.

Sentyabrda Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri razılığa gəliblər.

Razılaşmaya əsasən, hər iki tərəf 2026-cı ilin yayından etibarən Türkiyə və Ermənistan şəhərləri arasında uçuşları təşviq edəcəklər.

Tərəflər həmçinin sərhəd-keçid məntəqələrinin açılması prosesini sürətləndirmək barədə də razılığa gəliblər.

Onlar, həmçinin Gümrü–Qars dəmir yolu və elektrik xəttinin bərpası üçün tədqiqatların aparılması barədə razılaşıblar.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşmağa başlayıb.

İlk çarter reysləri 2022-ci ilin fevralında başlayıb.

Türkiyədən "Pegasus Hava Yolları", Ermənistandan isə "FlyOne Armenia" bu reysləri həyata keçirir.

Bundan əvvəl, 2012–2021-ci illərdə "AtlasGlobal Hava Yolları" şirkəti İstanbul–Yerevan arasında çarter reysləri edirdi.

Lakin şirkət iflas etdiyindən bu uçuşlar dayandırılıb.

Video açılmırsa, YouTube-da izləyin.

Seçilən
75
bbc.com

1Mənbələr