AZ

Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən öldü

Külli miqdarda dələduzluqda təqsirləndirilən 1962-ci il təvəllüdlü Nəsir Əliyevin məhkəməsi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, əvvəllər "makler" kimi fəaliyyət göstərmiş N.Əliyev Əli adlı həmkarı ilə yanacaq satışı biznesinə başlayıb. Bu məqsədlə o, Əli vasitəsilə neftayırma zavodundan uzun müddət ərzində yanacaq götürərək Tərtər, Yevlax, Bərdə və digər rayonlardakı kiçik məntəqələrə satıb. Lakin Nəsir əldə edilən puldan Əliyə çatmalı olan 132 min manatı verməyərək ələ keçirib.

Məhkəmədə qeyd edilib ki, məsələ ilə bağlı cinayət işinin açılmasından sonra Əli vəfat edib. Onu məhkəmədə həyat yoldaşı təmsil edib. Mərhumun xanımı bildirib ki, Nəsir ilk vaxtlardan ərinin ona olan etimadından sui-istifadə edərək dələduzluq əməlləri törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsir Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilinib. Ona 5 il 6 ay həbs cəzası verilib./"Qafqazinfo"

Milli.Az

Seçilən
9
16
milli.az

10Mənbələr