AZ

Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib. Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın üzvüdür.

O bildlrib ki, qonşusunun oğlu imtahandan kəsildiyi üçün növbəti dəfə imtahana hərbi xidmətdən möhlət lazım olub: “Mən Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında probleminin olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini tapşırdı. Dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Qonşudan pulu götürdüm və komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin arasına qoyub otağa təhvil verdim. Dediyi kimi də etdim. Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik” kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə yalan ifadə verir: “Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir. Lakin həmin prosesdə həkimin çağırışçının səhhətində şübhələndiyi hallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini deyib. Şahid məhkəməyə verdiyi ifadəni təsdiq edib və bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə ifadə verib.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
apa.az

5Mənbələr