Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, görüşün gündəliyini birbaşa prezident müəyyən edəcək. Brifinqdən sonra Putinin fərdi görüşlər keçirməsi planlaşdırılır, lakin hər hansı iri miqyaslı tədbir nəzərdə tutulmur.
Xatırladaq ki, dövlət başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə adətən həftədə bir dəfə – cümə günləri görüş keçirir. Bu toplantılarda ölkənin milli təhlükəsizliyi ilə bağlı ən vacib məsələlər müzakirə olunur.
Şuraya daimi üzvlər kimi baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, müdafiə naziri Andrey Belousov, xarici işlər naziri Sergey Lavrov, FTX direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat rəhbəri Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno və digər yüksək vəzifəli şəxslər daxildir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.