AZ

Rusiya ilə bağlı qərar verilməyəcək – Merz

Avropa İttifaqının Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündə Rusiya aktivləri ilə bağlı qərar verilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu. Almaniya kansleri Fridrix Merz deyib.

Merz bildirib ki, lazım gəlsə, oktyabrın sonuna qədər daha konkret tədbirlər görülə bilər.

Kanslerin sözlərinə görə, Rusiya aktivlərinin əksəriyyəti “Euroclear” platformasında yerləşir və Aİ üzvlərindən bu barədə müxtəlif təkliflər daxil olub.

Oktyabrın sonunda Brüsseldə keçiriləcək rəsmi iclasda zərurət yaranarsa, addımlar müəyyən ediləcək.

Sentyabrın 10-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlayıb ki, Qərb Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyəcək, onları Ukraynaya kredit üçün ayıracaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr