AZ

Berlində müharibəyə çağırış edən vərəqələr asıldı - Foto

Berlində Ukraynada döyüşməyə çağırış edən vərəqələr aşkarlanıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.

Məlumata görə, vərəqələr Vilmerdorf rayonunda peyda olub. Onlarda İkinci dünya müharibəsi dövrünə aid alman əsirlərinin fotosu və Ukraynanın Beynəlxalq Legionunun rəsmi saytına yönləndirən QR kod yerləşdirilib.

Nəşrin yazdığına görə, ilk elanlar sentyabrın 19-da asılıb və bir neçə gün sonra yoxa çıxıb. Onları kimin yapışdırdığı məlum deyil. Ehtimal olunur ki, aksiyanın arxasında Ukraynanı nüfuzdan salmağa çalışan rusiyalı agentlər dayanır.

Seçilən
18
2
axar.az

3Mənbələr