2025-ci ildə məişət zorakılığından zərər çəkmiş 61 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edilib. Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.
Həmin şəxslərə sosial reabilitasiya, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.
Bildirilib ki, onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.
Aytac