AZ

“Real” yarım milyon dollara oteli bağlatdırıb

UEFA Çempionlar Liqası matçı üçün Almatıya gedən "Real Madrid" "İnterContinental Hotel"də məskunlaşıb. Komandanın qaldığı müddətdə hotel digər qonaqlar üçün bağlanıb.

Axar.az Unikal.az-a xəbər verir ki, “Real Madrid” oyunçulara tam istirahət və məxfilik təmin etmək üçün sentyabrın 28-dən oktyabrın 1-dək oteli tam icarəyə götürüb. İcarənin dəyəri 278 milyon tengedən (təxminən 507 min ABŞ dolları) çox olub.

Oteldə 277 otaq var və onların hamısı komanda tərəfindən icarəyə götürülüb. Standart bir otaq üçün orta qiymət bir gecə üçün 375 dollar, lüks nömrə üçün isə 560 dollar idi.

"Real Madrid" 40 nəfərdən çox nümayəndə heyəti ilə Almatıya getmişdi.

Qeyd edək ki, “Kayrat” – “Real Madrid” oyunu qonaqların 0-5 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
16
2
axar.az

5Mənbələr