AZ

“Qarabağ” və “Kopenagen” klublarının rəhbərləri arasında görüş keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə “Qarabağ” klubunu prezident Tahir Gözel, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.

“Kopenhagen”in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.

Görüşdə təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.

Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.

AFFA bölgə klubunun rəsmisini 6 ay futboldan uzaqlaşdırıb

Azər Bağırov “Kəpəz”də - RƏSMİ

Arif Əsədov: “Erkən qol oyunun taleyini həll edə bilər”

Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"

Hakimi təhqir etdi - 4 oyun kənarda qalacaq

Seçilən
18
15
apasport.az

10Mənbələr