AZ

Prezident və birinci xanım Nərimanovdakı yeni parkın açılışında – FOTO

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın “yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

DOĞRU.AZ

image-17593158806234062859_1200x630 image-17593158802445043004_1200x630 image-17593158805667747142_1200x630 image-175931588024056286_1200x630 image-17593158801876633192_1200x630 image-17593158805413815918_1200x630 image-17593158808141282_1200x630 image-1759315880141664417_1200x630 image-17593158806500138231_1200x630 image-17593158808412347_1200x630 image-17593158802598010677_1200x630 image-17593158802090721592_1200x630 image-17593158804375753778_1200x630

Seçilən
16
49
dogru.az

10Mənbələr