AZ

MN-dəki 6 milyonluq yeyintiyə görə zabitə HÖKM OXUNDU

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxs 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. O, bu məbləğin 343 min 810 manatını dövlət büdcəsinə ödəyib.

İttihama görə, Namiq Mirzəyev Goranboy və Kəlbəcər rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə xidmətdə olarkən hərbi hissənin maliyyə sənədlərinə yanlış məlumatlar daxil edərək xüsusilə külli miqdarda pul vəsaitini müxtəlif kartlara köçürərək mənimsəyib.

Seçilən
20
14
publika.az

10Mənbələr