AZ

İstifadə müddəti bitmiş plastik kartlar sənət əsərlərinə çevriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "Yapı Kredi Bank Azərbaycan", Facility Management Group", "Global Media Group", "Araz" supermarketlər şəbəkəsi, "ECOhub" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə keçirilən "Card to Art" sosial-ekoloji layihəsi davam edir.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində plastik kartları toplamaq üçün nəzərdə tutulan qutuların müxtəlif məkanlara yerləşdirilməsinə başlanıb. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa xidmət edən layihənin məqsədi plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərərk ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Fərqli məkanlara qoyulan qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən yaradılan "Tullantıdan Sənətə" muzeyində təşkil ediləcək "Card to Art" sərgisində ziyarətçilərə təqdim olunacaq.
Layihə haqqında daha ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz.
Qeyd edək ki, "Global Media Group" layihənin tərəfdaşıdır.
Seçilən
26
4
oxu.az

5Mənbələr