Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.
QHT.az xəbər verir ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.
Həmin şəxslər sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.
Qeyd olunan şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb. Məişət zorakılığından zərər çəkmiş şəxslərə burada sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.
Sosial şəbəkələrdə də bizi izləyin: