AZ

Medvedev: ABŞ şatdaun elan etdi, Rusiya isə yox - ÖZƏL

ABŞ prezidenti Donald Tramp hökumətin fəaliyyətini qismən dayandıraraq şatdaun elan edib, lakin Rusiya belə addım atmayıb.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının müavini və "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev bildirib.

"Gəlin xatırlayaq, dünən ABŞ prezidenti nə etdi - o, məhz bu şatdaunu elan etdi... Biz isə 'şatdaunlar' elan etmirik", - Medvedev partiya komissiyasının iclasında qeyd edib.

Xatırladaq ki, ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması razılaşdırılmamış büdcə səbəbindən baş verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr