AZ

HƏMAS buna görə İsraildən zəmanət istədi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

HƏMAS ABŞ və vasitəçilərdən İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasına zəmanət verməyi və anklavda radikal hərbi birləşmələrin tərksilah edilməsi prosedurunu aydınlaşdırmağı xahiş edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu məsələlər Dohada aparılacaq məsləhətləşmələrdə qaldırılacaq.

Agentliyin məlumatına görə, HƏMAS nümayəndələri Vaşinqtondan İsrail ordusunun Qəzza zolağından çıxarılması qrafiki və mexanizmini istəmək niyyətindədirlər.

Qeyd olunur ki, HƏMAS-ın ABŞ Prezidennti Donald Tramp tərəfindən təklif edilən plana müsbət reaksiyasına baxmayaraq, razılaşma yaxın günlərdə əldə edilməyəcək.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti tərəfindən təklif edilən Qəzza üzrə sülh planını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
5
qafqazinfo.az

7Mənbələr