Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqton razılaşmasının gündəliyinin pozulmasının mümkünlüyünü istisna edir.
Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə “Hökumət saatı”nda “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın sualına cavabında deyib.
O qeyd edib ki, sülh realdır və sülh getdikcə institutlaşacaq.