AZ

Yığmanın yeni baş məşqçisi klubdakı işindən ayrılacaqmı?

“Ayxan Abbasov hələ U-21 milli komandasına baş məşqçi təyin olunan vaxt biz AFFA rəhbərliyi ilə razılaşmışdıq ki, paralel olaraq iki yerdə işini davam edəcək.

Bütün bu razılaşmalar qüvvədə qalır. Ən azı bu müqavilə bitənə qədər iş birliyimiz davam edəcək”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında “Şamaxı”nın baş meneceri Kamran İsmayılov deyib.

Klub rəsmisi Abbasovun Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasına münasibət bildirib:

“Ayxan müəllimin A milli komandasına baş məşqçi təyin olunması bizi sevindirir. Bizim üçün şərəfdir ki, məşqçimiz həm də yığmada çalışır.

Hətta U-21-ə təyin olunarkən də sevinmişdik. “Şamaxı”nın Ayxan Abbasovla mövsümün sonuna qədər müqaviləsi var.

Özü də son mətbuat konfransında bildirib ki, ən azı mövsümün sonuna qədər komandada qalacaq. Yəni bu əməkdaşlıq mövsümün sonuna qədər davam edəcək”.

Ayxan Abbasov dünən Azərbaycan millisinin baş məşqçisi təyin olunub. O, bu ilin martında U-21 yığmasına gətirilmişdi.

Seçilən
4
sportinfo.az

1Mənbələr