AZ

İtaliya ordusunun hərbi təyyarəsi qəzaya düşdü – Ölənlər var

İtaliyanın mərkəzi bölgəsində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Qəzet yazır ki, 70-ci aviasiya alayına məxsus T-260B tipli təyyarə Latsio bölgəsinin Sabaudiya bələdiyyəsi ərazisində qəzaya düşüb.

Qeyd olunub ki, xilasedicilər qəzaya uğramış təyyarənin içində iki hərbçinin cəsədini tapıblar. Təyyarə parkın girişlərindən birinin yaxınlığındakı meşəlik ərazidə qəzaya uğrayıb.

Hadisə zamanı həmin yerdə insanların olmadığı bildirilir.

Seçilən
2
4
konkret.az

6Mənbələr