AZ

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları Bujival razılaşmasından imzalarını geri çəkdilər

Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Sosialist Azadlıq Cəbhəsi adından (FLNKS) Bujival razılaşmasını imzalayan səlahiyyətli nümayəndələr Fransa prezidentinə, baş nazirinə, Milli Assambleyanın və Senatın sədrlərinə, habelə Fransanın Kanakidə yerləşən prefektinə məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə FLNKS-in Bujival razılaşmasına dair imzaların geri çəkilməsi ilə bağlı məlumatında deyilir.

Məktubda Bujival razılaşmasını imzalayan FLNKS nümayəndələri 12 iyul 2025-ci ildə atdıqları imzaları rəsmi şəkildə geri çəkdiklərini qeyd edərək, həmin imzaların yalnız müzakirə üçün təqdim olunan layihəyə aid olduğunu və yekun xarakter daşımadığını vurğulayıblar.

Eyni zamanda, həmin imzaların Fransanın rəsmi jurnalında dərc edilməsi, onların Fransa tərəfindən məqsədyönlü şəkildə təhrif edilərək, "tarixi saziş" kimi təqdim olunması məsələnin mahiyyətinin dəyişdirilməsi və siyasi məqsədlər üçün sui-istifadəsi kimi qiymətləndirilib. Bu ilin avqustun 9-da keçirilmiş FLNKS-in 45-ci Qurultayında sözügedən Bujival razılaşması layihəsi yekdilliklə rədd edilib və FLNKS-in siyasi bürosuna imzaların sui-istifadəsinə qarşı hüquqi müstəviyyə daxil, müvafiq tədbirlər görmək üçün mandat verilib.

Məktubda Fransa tərəfindən güc yolu ilə Bujival razılaşmasının bəndlərinin yerinə yetirilməsi metodları qəti şəkildə pislənir, onların Kanakinin müvafiq orqanlarının suverenliyinə qarşı hörmətsizlik kimi dəyərləndirilir. Bir daha vurğulanır ki, irəliləyiş üçün yeganə legitim yol beynəlxalq hüquqda müəyyən edilən dekolonizasiya prosesinin reallaşmasıdır. Buna görə də imzalarının rəsmi şəkildə geri çəkildiyi və bu barədə Fransa hakimiyyət orqanları və müvafiq tərəfdaşlara dərhal məlumatın verilməsi tələb edilir.

Seçilən
15
7
publika.az

8Mənbələr