AZ

Bakının 4 rayonunda qaz olmayacaq

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qazın verilişi dayandırılacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Qaradağ-Səngəçal" yüksək təzyiqli magistral qaz kəmərinin 3,5-ci və 6,5-ci kilometrində təmir işlərinin görülməsi ilə bağlı 02.10.2025-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Sement zavodu Ümumi", "Sement Zavodu-2" və "Səngəçal Ümumi" ölçü qovşaqlarından, həmçinin orta təzyiqli qaz xətləri üzərində atıcı klapanın, qaz tənzimləyicinin quraşdırılması, eləcə də yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək "Nardaran QPS" ölçü qovşağından qidalanan əhali kollektorunda, "Köhnə Qanlıgöl" qaz xəttində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddət ərzində Qaradağ rayonunun Sahil, Ümid və Səngəçal qəsəbələrində, Yol evləri və Bağ evləri adlanan yaşayış massivlərində, Sabunçu rayonunun Maştağa qəsəbəsində H.Heybətov, Nizami, Axund Mirzə Əbdülkərim, Sabir, Axund Mirzə Ələkbər, Axund Şeyx Hüseyn, Yəhya Musayev, Nəriman Nərimanov, Həzi Aslanov küçələrində, Ləhic bağları, Savalan və Maştağa-Nardaran adlanan yaşayış massivlərində, Yasamal rayonunun Qanlı göl yaşayış massivində, Ü.Əkbərov , R.Tağıyev və 7-ci Alatava küçələrində, həmçinin Xətai rayonunun H.Salmani küçəsində qaz təchizatında fasilə yaranacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
40
axar.az

10Mənbələr