AZ

Slutski: Avropa Rusiya aktivlərini ələ keçirdiyinə görə məhkəmədə cavab verəcək - ÖZƏL

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR lideri Leonid Slutski bildirib ki, Avropa ölkələri Rusiya aktivlərini ələ keçirdiklərinə görə məhkəmə yolu ilə cavab verməli və bütün vəsaiti son qəpiyinə qədər geri qaytarmalıdır.

Olaylar xəbər verir ki, Telegram kanalında yazıb:
"Kopenhagendə keçirilən qeyri-rəsmi sammit artıq €4 milyard vəsaiti, Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına, Ukraynaya hərbi yardım üçün ayırıb. Onlardan €2 milyardı dron istehsalına sərf olunacaq. Avrobürokratlar - oğrular, Zelenski rejiminə sponsorluq edir. Hər bir avrosentə görə məhkəmədə cavab verəcəklər və hər şeyi Rusiyaya qaytaracaqlar."

Slutski qeyd edib ki, bu addım Avropanın "qlobal əksəriyyət" ölkələrindən gələn investorların etibarını itirməsinə səbəb olacaq və kapital axını artıq başlayıb.

Qeyd edək ki, 10 sentyabrda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen EK-nın Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi planlaşdırmadığını, lakin onları Ukraynaya kredit vermək üçün istifadə edəcəyini açıqlayıb. Avropada dondurulmuş Rusiya suveren aktivlərinin böyük hissəsi - €200 milyarddan bir qədər artıq - Belçikadakı Euroclear platformasında bloklanıb. Depozitar bir neçə dəfə onların müsadirəsinə qarşı çıxıb, bunun Rusiya tərəfindən digər bölgələrdə Avropa və ya Belçika aktivlərinin məhkəmə yolu ilə geri alınmasına səbəb ola biləcəyini xəbərdarlıq edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr