AZ

Günəş sistemindəki peyklərdən biri yaşayışa əlverişli ola bilər - Alimlər

Alimlər Saturnun Enseladus adlı peykində həyat əlamətlərinə işarə edə biləcək yeni üzvi molekullar aşkar ediblər.

Olaylar xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tədqiqatçılar bu tapıntının buzlu peykin yaşayış üçün əlverişli ola biləcəyinə dair ehtimalları artırdığını bildirirlər. Enseladusun yaşayış potensialı alimlərin uzun müddətdir diqqət mərkəzindədir. Buna səbəb onun səthinin altında mövcud olan fəal okeanın olmasıdır.

Alimlər qeyd edirlər ki, bu nəticələr Enseladusun həyat üçün potensial məkan ola biləcəyinə dair ən güclü sübutlardan biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
7
olaylar.az

8Mənbələr