AZ

Durov Moldovada prezident seçkiləri ərəfəsində ona təzyiq cəhdindən danışıb

Fransa kəşfiyyat orqanları ondan Moldova seçkiləri ərəfəsində bəzi kanalların silinməsini tələb etdikdən sonra Fransada açılmış işində kömək təklifinə eyham vurublar. Bu barədə Telegram-ın təsisçisi Pavel Durov bildirib.

Durov jurnalist Lex Fridmana müsahibəsində deyib ki, 2024-cü ilin payızında Fransa kəşfiyyatı müdaxilə ilə mübarizə adı altında onun komandasından Moldova ilə bağlı bir neçə kanalı bağlamağı xahiş edib. Telegram qaydaların pozulduğunu əsas götürərək bəzi resursları silib. Lakin daha geniş siyahı təqdim olunduqda, komanda bunun üçün hüquqi əsas görməyib və tələbi yerinə yetirməkdən imtina edib.

“Bəzi kanalları bağladıqdan sonra bizə siqnal göndərildi ki, guya Fransada işimə baxan müstəntiqlə əlaqə saxlanılıb. Mən bu yanaşmadan şoka düşdüm,” – Durov bildirib.

Telegram rəhbəri daha əvvəl də qeyd etmişdi ki, Fransa kəşfiyyatı Moldova seçkiləri ərəfəsində platformada senzura tətbiqi müqabilində onun işinə dəstək təklif edib. O, şirkətin siyasi səbəblərə görə məzmun silmədiyini vurğulayıb.

Durov 24 avqust 2024-cü ildə Fransanın Le Burje hava limanında saxlanılıb. 
İş adamı altı maddə üzrə, o cümlədən onlayn platformadan qanunsuz əməliyyatlar üçün istifadə edilməsində ittiham olunur. O, 5 milyon avro girov müqabilində azadlığa buraxılıb və məhkəmənin icazəsi olmadan ölkəni tərk edə bilmir.

Gülnar

Seçilən
1
anews.az

1Mənbələr