AZ

Ötən mövsüm adından söz etdirən qapıçının başına pis iş gəldi - FOTO

"Şəfa" Birinci Liqanın üçüncü turunu qələbə ilə başa vurdu.

Paytaxt klubu "Cəbrayıl"ı məğlub etməklə (3:0) yadda qaldı.

Oyundan çəkilmiş fotolardan biri diqqətimi xüsusi çəkdi.

Belə ki, komanda start fitindən əvvəl çəkdirdiyi xatirə fotosunda futbolçular Əlirza Müştəbəzadəyə aid 12 nömrəli formanı əlində tutmuşdu.

Təbii ki, belədə "görəsən, komandanın əsas qapıçısına nə olub" sualı yaranmaya bilməz.

Kiçik araşdırma sonrası öyrəndik ki, 23 yaşlı kiper ötən tur Zaqatalada xoşagəlməz hadisə ilə üz-üzə qalıb.

Belə ki, yerli "Zaqatala" ilə matçın 46-cı dəqiqəsində qapıçı aldığı xəsarət sonrası meydanı tərk etməli olub.

Əlindən ciddi zədə alan çərçivə qoruyucusu üçün mövsümün erkən başa çatmaq ehtimalı belə yüksəkdir.

Əlirza ötən mövsüm "Səbail"dəki performansı ilə qısa müddətdə parlamışdı.

Hətta milli komandanın baş məşqçisi Fernandu Santuş onu ölkənin əsas millisinə də dəvət etmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr