AZ

"İnter"də ciddi itki - 1 ay oynamayacaq

Markus Türam zədə səbəbindən təxminən bir ay meydana çıxmayacaq. "İnter"in hücumçusu Çempionlar Liqasının "Slaviya" ilə oyununda (3:0) ikinci hissədə məcburi olaraq əvəzlənib.

Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, Tyuramın zədəsi əvvəl düşünüldüyündən daha ciddi olub. Bu gün keçirilən müayinələr fransalı futbolçuda budun iki başlı əzələsinin zədəsini aşkar edib. O, 3–4 həftəlik oyunları buraxacaq.

Böyük ehtimalla, 28 yaşlı hücumçu A Seriyasında "Kremoneze" və "Roma"ya, Çempionlar Liqasında isə "Union"a qarşı matçlarda iştirak etməyəcək, həmçinin Fransa millisinin dəvətini də qaçıracaq.

saytlarin hazirlanmasi

Seçilən
4
1
sportal.az

2Mənbələr