AZ

“Levandovski nümunəvi hücumçudur, gələcəyi barədə qərarı özü verəcək”

“Barselona”nın idman direktoru Deku klubun hücumçusu Robert Levandovski haqqında danışıb. 

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, 37 yaşlı polşalı ilə müqavilənin uzadılmayacağı barədə xəbərlər yayılsa da, Deku buna münasibət bildirib:

“Levandovski son illərin ən yaxşı hücumçusudur. O, hər səviyyədə fenomenal oyun sərgiləyir. Hər kəs ona nümunə götürə bilər. Gələcəyi barədə danışmaq vaxtı gəldikdə, o özü qərar verəcək. Biz bunu ictimaiyyətə açıqlamayacağıq”

Qeyd edək ki, cari mövsümdə La Liqada Levandovski 6 oyuna çıxaraq 4 qol vurub. Onun “Barselona” ilə mövcud müqaviləsi gələn yayadək qüvvədədir.

Seçilən
94
90deqiqe.az

1Mənbələr