
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını qəbul edib.
Reyting.az xəbər verir ki, Bakı vaxtilə saat 20.45-də başlayan oyunun 28-ci dəqiqəsində "Qarabağ" hesabı açıb.
Abdullah Zubir qapı tirindən dönən topu qola çevirib - 1:0.
İlk hissə bu hesabla başa çatıb.
84-də "Qarabağ" 2-ci qola imza atıb - 2:0
Oyun bu hesabla başa çatıb.
Bu qələbə sayəsində "Qarabağ" "Bavariya", "Real" və "İnter"lə birgə 6 xalla 1-4-cü yeri bölüşür(mia.az).