AZ

“Qarabağ” yenidən TARİX YAZDI - VİDEO

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.

Ağdam təmsilçiləri növbəti tarixi qələbəsini qazanaraq, “Kopenhagen”i 2:0 məğlub edib.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşıb.

Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) -2:0

Qol: Abdullah Zubir, 28, Emmanuel Addai, 83

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu




Bizim.Media

Seçilən
7
16
bizim.media

10Mənbələr