AZ

UEFA Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

KONKRET.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

22:33

Oyunda ikinci qol vuruldu.

KONKRET.az xəbər verir ki, 83-cü dəqiqədə “Qarabağ” hesab fərqini artırıb – 2:0. Emmanuel Addai baxımlı qola imza atıb.

22:12

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” oyununda ikinci hissə başlayıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada ilk hissədən sonra Ağdam təmsilçisi 1:0 hesablı üstünlüyə malikdir.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

21:40

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” oyununda ilk hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, komandalar fasiləyə 1:0 hesabı ilə yollanıblar.

21:20

Oyunda hesab açıldı.

KONKRET.az xəbər verir ki, 28-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”ı hesabda önə çıxarıb – 1:0.

20:47

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. 

KONKRET.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.

Matç saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur

1 oktyabr 20:45. “Qarabağ” – “Kopenhagen”

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu.

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov

“Kopenhagen”: Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)

Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem

***

Matç başladı.

 

Seçilən
12
19
konkret.az

10Mənbələr