AZ

ABŞ da bu mərkəzlər bağlanacaq yeni qərar

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamentinin xarici KİV mərkəzləri hökumətin maliyyələşdirilməsinin dayandırıldığı müddətdə bağlı olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Xarici KİV mərkəzləri ABŞ hökumətinin vəsaitlərinin ayrılmasının dayandırıldığı dövr ərzində bağlı olacaq. İnsanların həyatının təhlükəsizliyi, əmlakın qorunması və milli təhlükəsizliklə bağlı təcili məsələlər üzrə Dövlət Departamentinin elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur. Maliyyələşdirmənin dayandırılması başa çatdıqdan sonra işimizi bərpa edəcəyik”, – bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, yalnız ABŞ-nin milli təhlükəsizliyinin qorunması və xarici siyasətlə bağlı funksiyalar istisna təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr