AZ

Donetskə 1700 dən çox zərbə endirildi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecə səhərə qədər Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinə Rusiya ordusu tərəfindən 1 700-dən çox zərbə endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə”Report”un Şərqi Avropa bürosunun bölgədə olan əməkdaşının gərgin keçən ötən gecə və gün ilə bağlı sorğusuna vilayət milli polisindən verilən məlumatda qeyd olunur.

Ümumilikdə 12 yaşayış məntəqəsi atəşə məruz qalıb. Bunlar Dobropolye, Drujkovka, Kostantinovka, Kramatorsk, Liman şəhərləri, o cümlədən Alekseyevo-Drujkovka, Raygorodok, Çerkasskoye qəsəbələri və Spasko-Mikhaylovka, Şçurove, Yuriyivka, Yatskovka kəndləridir.

53 mülki obyekt, o cümlədən 42 yaşayış evi dağılıb. Rusiya ordusu son 12 saat ərzində Kostantinovkaya üç idarə olunan bomba – “KAB-500” və iki “KAB-250”, həmçinin FPV-dron və artilleriya ilə zərbə endirib. Bir mülki şəxs həlak olub, daha iki nəfər yaralanıb. 9 çoxmənzilli və 16 şəxsi ev, bir aptek zədələnib.

Drujkovkaya müxtəlif tipli beş dronla hücum edilib – üç sakin yaralanıb, 8 çoxmənzilli bina, bir aptek, bir mağaza, bir təhsil müəssisəsi, Fövqəladə Hallar Dövlət Xidmətinin bir avtomobili partlayıb. Dobropolye şəhərinə Rudiya ordusu iki “KAB-250” bombasını atıb. İki nəfər yaralanıb, bir şəxsi ev zədələnib.

Raygorodokda bir nəfər yaralanıb.

Əməkdaşımızın hazırda yaşadığı Kramatorsk bu gün 3 dəfə “Molniya-2” PUA və FPV dronla atəşə tutulub. Polisdən bildirilir ki, 3 çoxmənzilli və 3 şəxsi ev, 2 təsərrüfat binası, bir mülki avtomobil zədələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
globalinfo.az

2Mənbələr