AZ

Mehrəli Qasımova Ukrayna dövlət mükafatı təqdim edildi

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci il 14 yanvar tarixli 09/2022 nömrəli sərəncamına əsasən Ukraynanın Azərbaycandakı Fəxri Konsulu (2020–2024) Mehrəli Qasımov 3-cü dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bu ali dövlət mükafatı 2025-ci il 1 oktyabr tarixində Ukraynada qeyd olunan Müdafiəçilər Günü münasibətilə Bakıda təşkil edilən diplomatik tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Qusev tərəfindən Mehrəli Qasımova təqdim olunub.

Tədbirdə çıxış edən M. Qasımov bildirib:

“Bu ali mükafatı xalqlarımız arasındakı dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın simvolu kimi qəbul edirəm. İlk növbədə Ukrayna Prezidenti cənab Volodimir Zelenskiyə, eləcə də Ukrayna xalqına dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan–Ukrayna dostluğu!”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
qafqazinfo.az

1Mənbələr