ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi sensasion açıqlama ilə çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb. Onun sözlərinə görə, 12 günlük müharibə zamanı İsrailin hücum ehtimalı səbəbilə bir çox yüksəkçinli İran rəsmiləri telefonlarını söndürərək uzun müddət istifadə etməyiblər.
Nazir bildirib ki, həmin dövrdə təhlükəsizlik səbəblərinə görə bir çox nazir və məmur daha sonra yeni SIM-kartlarla təmin olunub.
Zəfərqəndi etiraf edib ki, müharibənin ən gərgin anlarında Nazirlər Kabinetinin iclasları yalnız qeyri-iş günlərində və maksimum bir saatlıq müddətdə keçirilib.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.