AZ

Türkiyənin göndərdiyi donanma yüksək riskli ərazidə: Bu gecə mütləq hərbi müdaxilə gözləyirik

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrailin hərbi müdaxiləsinə məruz qalıb.

Globalinfo.az xəbər verir ki, hadisə beynəlxalq sularda baş verib. Donanmadakı türk fəallar CNN Türk-ə açıqlamalarında gərgin vəziyyəti təsdiqləyiblər.

Gəmidəki heyətdən olan şəxslər hazırda çox riskli bölgədə olduqlarını və hər an İsrailin hücumunun baş verə biləcəyini bildirib.

“Hazırda yüksək hazırlıq vəziyyətindəyik, qarşımızda 12 İsrail gəmisi var. Onlar bizi əngəlləmək üçün bütün gücü ilə yaxınlaşır. Bu gecə mütləq hərbi müdaxilə gözləyirik”.

İsrail dövlət televiziyası artıq İsrail əsgərlərinin flotilladakı gəmilərə minməyə başladığını açıqlayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
globalinfo.az

2Mənbələr