AZ

Qarabağ möhtəşəm seriyasını davam etdirir Reuters

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Reuters” informasiya agentliyi “Qarabağ” futbol klubunun Danimarkanın “Kopenhagen” klubu üzərində qələbəsinə dair yazı paylaşıb.

Globalinfo.az xəbər verir ki, agentlik Ağdam təmsilçilərinin ardıcıl ikinci qələbəsini “möhtəşəm seriya” adlandırıb.

“Qarabağ” Çempionlar Liqasında möhtəşəm seriyasını davam etdirib. Azərbaycan təmsilçisi rəqibi “Kopenhagen”i evdə 2:0 hesabı ilə məğlub edərək qrup mərhələsində ikinci oyununu da qələbə ilə başa vurub. Bu, onların ötən həftə “Benfika” üzərindəki 3:2 hesablı parlaq qələbəsindən sonra gələn uğurdur”, – yazıda deyilir.

Qeyd edək ki, “Qarabağ” isə oktyabrım 22-də növbəti oyununa çıxacaq, İspaniyada “Atletik Bilbao”nun qonağı olacaq.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr