AZ

Gürcüstan DTX: Ukraynadan gətirilən partlayıcı maddə ilə bağlı iki versiya var

Ukraynadan göndərilən partlayıcı maddə olan heksogen bir neçə ölkədən keçərək Gürcüstana gətirilib...

İstintaq iki versiya üzərində işləyir.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, versiyalardan ən inandırıcısı odur ki, maddə Gürcüstanda qalmalı idi.

“Digər versiya isə ondan ibarətdir ki, partlayıcı maddə Rusiyaya göndərilməli idi. Bunu sürücü də təsdiqləyir. İstənilən halda Gürcüstan ciddi təhlükənin qarşısını alıb”, - o deyib.

Qeyd edək ki, sentyabrın 11-də Gürcüstana qaçaqmalçılıq yolu ilə 2,4 kiloqram heksogeni keçirməyə cəhd edən iki nəfər Ukrayna vətəndaşı saxlanılıb. DTX-nin məlumatına əsasən, maddə yük maşınının sürücüsünə Ukraynanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən verilib və onun son təyinat nöqtəsi Tbilisi olub.

Poliqon.info

Seçilən
1
4
poliqon.info

6Mənbələr