AZ

Argentina ABŞ-ın Karib hövzəsindəki əməliyyatlarına qoşulmaq istəyir

Argentina hökuməti ABŞ-a Karib hövzəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlmiş əməliyyatlarda yardım təklif edib. Musavat.com xəbər verir ki, məlumatı yerli TN portalı yayıb. Bildirilir ki, Argentina rəsmiləri əməkdaşlıq təklif etmək üçün ABŞ-ın müdafiə naziri Pit Heqsetin komandası ilə əlaqə saxlayıb, lakin hələlik konkret razılıq əldə olunmayıb.

Hökumətdəki media mənbələrinin məlumatına görə, Buenos-Ayres ortamüddətli perspektivdə Karib hövzəsində əməliyyatlara qoşulmağa hazır olduğunu bildirib.

TN qeyd edir ki, Argentina hökuməti Vaşinqtonla daha sıx hərbi əməkdaşlığa nail olmaq istəyir. Bundan əvvəl Cənubi Amerika ölkəsinin prezidenti Xavyer Miley dəfələrlə liberal demokratiyaları və Qərb ölkələrini, xüsusən də ABŞ və İsraili Argentinanın prioritet tərəfdaşları hesab etdiyini bildirib.

 

Musavat.com

 

Seçilən
30
musavat.com

1Mənbələr