AZ

Odessada daşqınlar 10 nəfərin həyatına son qoyub

Odessada leysan yağışları səbəbindən yaranan daşqın nəticəsində 10 nəfər həlak olub, 1000-dən çox insan yardım üçün müraciət edib...

"Report"un məlumatına görə, bu barədə vəziyyətlə tanış olmaq üçün şəhərə gələn Ukraynanın infrastruktur və ərazilərin inkişafı naziri Aleksey Kuleba bildirib.

"Şəhər təbii fəlakətin ağır nəticələrini yaşayır. Artıq pis hava şəraiti səbəbindən 10 nəfər həlak olub, onlardan biri uşaqdır... 1000-dən çox insan su basması, ağacların aşması, elektrik kəsintisi və digər səbəblərdən yardım üçün müraciət edib", - deyə o bildirib.

Qeyd edilib ki, qurbanlar arasında su basmış evdə köməksiz vəziyyətdə qalan beş nəfərlik ailə də var.

Şəhər meri Gennadi Truxanovun sözlərinə görə, 7 saat ərzində iki aylıq yağıntı norması düşüb.

"Heç bir drenaj sistemi belə yükü saxlaya bilməz", - deyə o qeyd edib.

Onun sözlərinə görə, regionun 42 mindən çox sakini işıqsız qalıb. Xilasetmə əməliyyatlarında 500-dən çox insan iştirak edir.

Poliqon.info

Seçilən
4
2
poliqon.info

3Mənbələr