AZ

İlon Mask tarixə düşdü: sərvəti 500 milyard dolları ötdü

Amerikalı sahibkar Elon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs kimi adını tarixə yazdırıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın şərq sahillərininn vaxtı ilə saat 15:30-da (Bakı vaxtı ilə 23:30) Tesla və SpeysX-in baş direktoru, X sosial şəbəkəsinin sahibi və Neuralink neyrotexnoloji şirkətinin xalis sərvəti 500 milyard dollara çatıb.

Bakı vaxtı ilə saat 00:15-ə olan məlumata görə, Maskın sərvəti 500,5 milyard dollara yüksəlib.

Maskın yüksəlişi onun Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri vəzifəsindən istefa vermək və diqqətini biznesə yönəltmək qərarı ilə əlaqələndirilir.

Mask “Forbes” milyarderlər siyahısında birinci yerdədir. Onun ardınca Oraklın sədri Larri Ellison (351,6 milyard dollar), Meta Korporasiyasının həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), Amazonun qurucusu Ceff Bezos (233,2 milyard dollar) və Quqlun həmtəsisçisi Larri Peyc (204,6 milyard dollar) gəlir.

Əvvəlki rekord da Maska məxsusdur: ötən ilin dekabrında o, sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.

Seçilən
18
axar.az

1Mənbələr