AZ

AFFA prezidenti 4:0-a görə təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət millini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:

“Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib.

Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram”.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaqlar.

Seçilən
5
sportinfo.az

1Mənbələr