AZ

Ölkə xaricindən gələn təkliflər... - Qurban Qurbanov

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən gələn təkliflər barədə çox düşünmür.

Axar.az-ın Report-a istinadən məlumatına görə, təcrübəli mütəxssis bu barədə mətbuat konfransında bildirib.

O hər dövrün yaxşı baş məşqçiləri olduğunu söyləyib:

"Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm. Soyuqqanlı olmağa çalışmalıyıq. Avropa planları başqadır. Klubların öz ideyaları var. Bu gün ağlımda belə fikir olsa, komandanın inamı, uğuru, sistemi pozulacaq. Hələlik Azərbaycanımızdayıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi "Kopenhagen"i məğlub edib - 2:0.

Seçilən
1
5
axar.az

6Mənbələr