AZ

Türkiyə XİN Sumud Donanmasına hücumu terror adlandırdı

BAKI, 2 oktyabr. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumunu pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Nazirlik hücumu beynəlxalq hüququ ən ciddi şəkildə pozan və günahsız mülki insanların həyatını təhlükəyə atan terror aktı kimi qiymətləndirib.

"Zorakılığa əl atmadan dinc hərəkət edən mülki insanları hədəf alan bu hücum Qəzzanı aclığa məhkum edən soyqırım Netanyahu hökumətinin həyata keçirdiyi faşist və militarist siyasətin təkcə fələstinlilərlə məhdudlaşmadığını, İsrail zülmünə qarşı mübarizə aparan hər kəsi hədəf aldığını nümayiş etdirir" - bəyanatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, məsuliyyət daşıyanlar beynəlxalq hüquq normaları çərçivəsində cavab verməlidir.

Seçilən
61
teleqraf.com

1Mənbələr