ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın baş naziri Viktor Orban Kopenhagendə keçiriləcək Avropa İttifaqı sammitindən əvvəl jurnalistlərə açıqlamasında qlobal gərginliklər barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “RIA Novosti” yayıb. Orban bildirib ki, III Dünya müharibəsinin balşaması hansısa dövlətin kiçik bir səhvindən asılıdır.
“Vəziyyət elədir ki, bir səhvə görə dünya müharibəsi başlaya bilər. Münaqişə o qədər gərgindir ki, əsas oyunçulardan biri – Macarıstandan daha böyük bir ölkə səhvə yol verərsə, nəticələr fəlakətli ola bilər,” — deyə Orban bildirib.
Baş nazirin sözlərinə görə, qlobal siyasətçilər hər hərəkətini diqqətlə nəzərdən keçirməlidir, çünki yanlış addımların nəticələri çox ciddi ola bilər.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.