AZ

Dünya mediası üç meymunu oynayır: Qəzza üçün ölüm sükutu

İsrail humanitar yardım çatdırmaq üçün Qəzzaya gedən Qlobal Qlobal Sumud Donanmasını mühasirəyə alıb və gəmiləri ələ keçirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Nəşr yazır ki, beynəlxalq sularda bu hücum qarşısında Qərb mediası yenidən üç meymun rolunu oynayır.

Məqalədə qeyd olunur ki, 44 müxtəlif ölkədən QHT təmsilçilərindən, həkimlərdən, hüquqşünaslardan, jurnalistlərdən, sənətçilərdən, siyasətçilərdən və fəallardan ibarət Qlobal Sumud Donanmasına günlərdir Qəzzaya doğru irəliləyir. Donanma böyük miqdarda humanitar yardım, xüsusilə də tibbi ləvazimatlar daşıyır.

Bununla belə, İsrail gəmiləri quldurluq yolu ilə qaçırmağa başlayıb.

Qərb mediası soyqırım törədən Netanyahu hökumətinin beynəlxalq sularda həyata keçirdiyi hücumlara göz yumub.

Almaniyada çıxan “Bild” qəzeti isə idmana diqqət yetirib.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
14
1
konkret.az

2Mənbələr